Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı oteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyənləşdirilərək polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. Mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB