Cəlilabadda tövlədə 5 baş heyvan yanıb

Cəlilabadda tövlədə 5 baş heyvan yanıb

Cəlilabad rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, rayonun Privolnoye kəndində ümumi sahəsi 240 kv.m olan tövlənin (taxta atmalar və dəmir örtükdən ibarət) taxta atmaları 200 kv.m sahədə və içərisinə yığılmış 7 ton ot bağlamasının 3 tonu yanıb.

Yanğın zamanı tövlənin içərisində olan 5 baş iri buynuzlu heyvan tələf olub. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə