Bakıda liftdə qalan 4 nəfər xilas edilib

Bakıda liftdə qalan 4 nəfər xilas edilib

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər, Nərimanov rayonunda 3 nəfər liftdə köməksiz vəziyyətdə qalıb. APA-nın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşın liftdən çıxmasına kömək ediblər. Hər iki əməliyyat başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə