Şəkidə yanan yük maşınının sürücüsü yanıq xəsarəti alıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Şəkinin Baş Göynük kəndi ərazisində quru otla dolu “QAZ 66” markalı yük maşınının sürücü Eldar Həsənov yanıq xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
E. Həsənova üzün, boyunun, qolların, sol ayağın 2-3-cü dərəcəli termiki yanıq diaqnozu qoyulub. Onun müalicəsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB