Sərxoş sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb (+18) VİDEO

Sərxoş sürücü polis əməkdaşlarına çətin anlar yaşadıb (+18) VİDEO

Ötən gecə saat 02:30 radələrində Yeni Salyan yolu 22-də yol qəzası baş verib. Sərxoş sürücü Dövlət Yol Polisi əməkdaşlarına çətin anlar yaşadıb. SİA-nın verdiyi məlumata görə Bibiheybət yolu istiqamətində hərəkət edən 10 SK 768 dövlət nömrə nişanlı "VAZ - 2109” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini yolun əks istiqamətində hərəkət etdirərək qarşıdan gələn avtomobillər üçün təhlükə yaradıb. Sərxoş sürücü idarəetməni itirərək qarşıdan gələn nəqliyyat vasitəsinə çırpılıb. Hadisə yerinə gələn Dövlət Yol Polisi əməkdaşları sürücünü sakitləşdirməyə çalışsalar da, sürücü polis əməkdaşlarının ünvanına nalayiq sözlər işlədib. Hadisə yaxınlıqda yaşayan sakinlərin ciddi narahatçılığına səbəb olub.

Sürücünü sakitləşdirməkdə çətinlik çəkən polis əməkdaşlarının köməyinə Post Patrul Xidmətinin nümayəndələri gəlib. Bir saata yaxın davam edən danışıqlardan sonra sərxoş taksi sürücüsü polis bölməsinə aparılıb.

Müəllif: Mamed Bağırov

Bütün xəbərlər Facebook səhifəmizdə