Yevlax rayonunda 24 yaşlı piyadanı avtomobil vurub. "Report"un Qərb bürosunun məlumatına görə, Yevlax şəhər sakini, 1994-cü il təvəllüdlü Xan Əkbər oğlu Quliyev yolu keçmək istəyərkən naməlum avtomobil tərəfindən vurulub. Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB