Ötən gün 76 cinayət faktı qeydə alınıb

Ötən gün 76 cinayət faktı qeydə alınıb
Ötən gün ərzində 76 cinayət faktı qeydə alınıb. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, onların 18-i "isti izlər"lə açılıb. Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölmüş, 6 nəfər xəsarət alıb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə