Şamaxıda mikroavtobus aşıb - 10 yaralı

Şamaxıda mikroavtobus aşıb - 10 yaralı

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın ilkin məlumatına görə, bu gün saat 09 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində “Ford” markalı mikroavtobusun aşması nəticəsində 10-a yaxın sərnişin xəsarət alıb.

Hazırda yaralılar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə