Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

Sumqayıtda su sayğaclarını oğurlayan şəxs həbs edilib

Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 9-cu mikrorayon ərazisində, ümumilikdə, 6 evin su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs müəyyən edilərək “isti izlər”lə saxlanılıb. DİN-dən SİA-ya verilən məlumata görə, araşdırmalarla onun şəhər sakini Azər Musayev olduğu məlum olub.

O, İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 30 sutka müddətinə həbs olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə