Qvatemalada Fueqovulkanının püskürməsi nəticəsində ölənlərin sayı 69 nəfərə çatıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bundan öncə qurbanlarının sayının 65 olduğu açıqlanmışdı.
Mərkəzi Amerikanın Tibb Elmləri İnstitutunun məlumatına görə, instututa daxil ola 69 meyitin yalnız 17-nin kimliyini barmaq izləri və fiziki xüsusiyyətləri nəticəsində müəyyən etmək olub.
Məlumata görə, hadisə nəticəsində 46 nəfərin yaralanıb, 3,26 min insan təxliyə edilib, 1.68 min insan isə müvəqqəti sığınacaqları yeləşdirilib. Ümumilikdə hadisə 1.7 milyon insana ziyan vurub.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB