180-ə yaxın məhbus həbsxanadan qaçdı

180-ə yaxın məhbus həbsxanadan qaçdı

Nigeriyanın Minna şəhərində 180 nəfər yaxın məhbus cəza evindən qaçıb. SİA-nın Daily Post qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin daxili işlər naziri Əbdülrəhman Danbazau məlumat verib.

Açıqlanan məlumata görə, qaçan məhbuslardan 30 nəfərini cəza evinə geri qaytarmaq mümkün olub.

Niger ştatının qubernatoru Sani Bello bəyan edib ki, dövlət orqanları həbsxanalarda islahatlar və "dövlət daxilində həbsxana infrastrukturunun yaxşılaşdırılması məqsədilə" federal hökumətlə əməkdaşlıq edəcək.

Hazırda məhbusların həbsxanadan qaçma səbəbləri araşdırılır.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə