Binəqədi rayonunda zavod ərazisində güclü yanğın olub FOTO

Binəqədi rayonunda zavod ərazisində güclü yanğın olub FOTO

Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanıb. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadla xəbər verir ki, FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.

Baş vermiş yanğın söndürülüb.

İlkin məlumata görə, təxminən 500 kvadratmetr ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə