5,8 bal gücündə zəlzələ
Sakit okeanda Tonqa adaları sahillərində 5,8 bal gücündə zəlzələ baş verib. SİA-nın xəbərinə görə, Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar "UTC" vatı ilə saat 00:48-də qeydə alınıb. Zəlzələnin ocağı 80 kilometr dərinlikdə yerləşib. Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə