Lənkəran şəhərində polis əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən bıçaqlanıb. Şəhər Polis Şöbəsinin (ŞPŞ) növbətçi hissəsindən SİA-nın cənub bürosuna verilən məlumata görə, hadisə noyabrın 18-də saat 16.30 radələrində qeydə alınıb.
ŞPŞ-nin sahə müvəkkili, Lənkəran şəhəri, Mir Mustafa xan küçəsi, 21 ünvanında yaşayan 1961-ci il təvəllüdlü Rufulla Fərəməz oğlu Nurullayev xidməti vəzifəsini yerinə yetirərkən şəhərin Şəhidlər Xiyabanı küçəsində bıçaqlanıb.
Ağır yaralanmış polis əməkdaşı ətrafdakıların köməyi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin həkimi Telman Xurşudovun verdiyi məlumata görə, R.Nurullayevin üzərində dərhal əməliyyat aparılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
ŞPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində R.Nurullayevi bıçaqlayaraq qaçmış Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi,bina 78/9, mənzil 42-də yaşayan 32 yaşlı Etibar Baloğlan oğlu Babayev gecə saat 02.00 radələrində yaxalanıb.
Hazırda faktla bağlı Lənkəran ŞPŞ-də araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB