Sentyabr ayında Vladiqafqazda 18 nəfəri öldürən və bir neçə insanı yaralayan intiharçı hücumu hazırlamaqda şübhəli bilinən şəxs İnquşetiyada həbs edilib. SİA-nın İtar-Tass xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, İnquşetiyanın Federal Təhlükəsizlik Xidməti şübhəli şəxsin 29 yaşlı Yusup Canqiyev olduğunu bildirib. O, kənd yaşayış məntəqəsində qaçmağa cəhd edərkən saxlanılıb.
Oktyabr ayında hüquq-mühafizə orqanları hücumda şübhəli bilinən beş nəfəri müəyyən ediblər və onların axtarışda olan çeçen komandiri Doku Umarov tərəfindən idarə edilən banda ilə əlaqədə olduğunu aşkar ediblər. İtar-Tass bu gün başqa şübhəli şəxslərin vəziyyəti barədə məlumat verməyib. Sentyabr ayının 9-u açıq bazarda törədilmiş partlayışın ardınca prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin hücuma məsuliyyət daşıyan şəxsləri tapacaqlarını vəd ediblər. Eyni bazarda 1999-cu ildə baş vermiş partlayışda 50 nəfər həlak olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB