Siyəzən rayonu ərazisində 3 avtobus toqquşub

Siyəzən rayonu ərazisində 3 avtobus toqquşub

Bakı-Qobu yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində zəncirvari avtobus qəzası baş verib. SİA-nın Şimal bürosunun verdiyi məlumata görə, qəza zamanı Dilqəm İbrahimovun idarə etdiyi 05-BE-640 dövlət nömrə nişanlı, Elmir Hüseynovun idarə etdiyi 99-JD-403 dövlət qeydiyyat nörməli və Elçin Qarayevin idarə etdiyi 99-HJ-256 dövlət qeytiyyat nişanlı avtobuslar toqquşub.

E.Hüseynovun idarə etdiyi avtobus E.Qarayevin idarə etdiyi mikroavtobusa arxadan çırpılıb. Mikroavtobus zərbənin təsirindən yoldan çıxıb və qarşıdan gələn İ.Dilqəmin idarə etdiyi avtobusla toqquşub.

Qəza nəticəsində 4 sərnişin yaralanıb. Yaralılara hadisə yerinə çağırılan təcili yardım briqadaları tərəfindən ilkin tibbi yardım göstərilib.

Xəsarət alan sərnişinlər bunlardır:

Bakı sakini Cavadova Yana Yuriyevna – 51 yaş

Bakı sakini Qurbanov Cəfərr Üzeyir oğlu – 11 yaş-----Azyaşlı

Bakı sakini Səmədov Faiz Baba oğlu – 63 yaş

Bakı sakini Şayxatarov Renat Atadullayeviç– 58 yaş

Emin Kerimov

Bütün xəbərlər Facebook səhifəmizdə