Masallı sakinindən heroin aşkar edilib

Masallı sakinindən heroin aşkar edilib

Masallı rayonunda üstündə narkotik maddə olan şəxs saxlanılıb. SİA-nın cənub bürosunun məlumatına görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Masallı şəhər sakini 37 yaşlı Tofiq Seyfullayevin üzərinə baxış keçirilərkən 23,15 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Saxlanılan şəxs narkotik maddəni İran İslam Respublikasından ölkəmizə qaçaq yolla, daha doğrusu, düz bağırsağında keçirib. Dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, əldə etdiyi heroini İİR-nın Astara şəhər sakini Hacı adlı şəxsdən özünün şəxsi istifadəsi üçün 250 manata alıb.

Qeyd edək ki, hazırda barəsində 234.4.3 və 206.2 maddələri ilə cinayət işinə başlanan Tofiq Seyfullayev 3 ildir narkotik aludəçisidir.

Bütün xəbərlər Facebook səhifəmizdə