Cəlilabad sakini döyülüb

Cəlilabad sakini döyülüb. APA-nın cənub bürosunun məlumatına görə, hadisə tanışlar arasında düşən kütləvi dava zamanı baş verib. Döyülən şəxs rayonun Babaxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Aqil Əkbər oğlu Qaraşovdur. Yaralı xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə