Avtomobil yanıb
Sumqayıt şəhərində avtomobil yanıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, şəhərdə "Hyundai" markalı minik avtomobilinin idarəetmə lövhəsi, mühərrik hissəsi və 2 ədəd ön təkəri qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə