Bakı-Qazax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə magistral yolun Şəmkir rayonundan keçən hissəsində qeydə alınıb. Belə ki, 10 OD 966 dövlət nömrə nişanlı avtomobil 10 TC 994 dövlət nömrəli avtomaşınla toqquşub. Nəticədə ilkin məlumatlara görə avtomobildə olan iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan verilən məlumata əsasən yaralıların vəziyyəti ağırdır.
Faktla bağlı Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB