Ucarda ev yanıb

Ucar rayonunda ev yanıb.Fövqəladə Hallar Nazirliyinin saytında yer alan məlumata görə, hadisə rayonun Qazıqumlaq kəndində baş verib.

Nəticədə ümumi sahəsi 105 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 50 m2 sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə