DİN Sabirabadda 6 nəfərin suda boğulması ilə bağlı rəsmi məlumat yayıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, mayın 7-də saat 9 radələrində Sabirabad rayonunun Şəhriyar kəndindəki pambıq sahəsinə işləməyə gedən kənd sakini Əjdər İmanovun idarə etdiyi “Belarus-892” markalı traktorun qoşqusu ayrılaraq Şorsu kanalının kollektoruna aşıb.
Nəticədə qoşquda olan arvadı Məlahət İmanova, qohumları Günay Qasımova, Xəyalə Həsənova, Elnarə Məlikova, onun qızları Zəhra və Fatma suda boğulublar.
Sabirabad RPŞ tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB