Gəncə şəhərində bıçaqlanma hadisəsi baş verib. Bu gün, səhər saat 10.00 radələrində 1969-cu il təvəllüdlü Bədəlov Akif Vaqif oğlu bıçaq yarası ilə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.
Həkimlərin müayinəsi zamanı məlum olub ki, bıçaq zərbəsi zərərçəkmişin qarın boşluğuna dəyib və daxili orqanları zədələyib. Xəstəxananın həkimi Etibar Abbasovun SİA-nın bölgə müxbirinə verdiyi məlumata görə, həkimlərin müdaxiləsindən sonra adıçəkilən şəxsin həyatını xilas etmək mümkün olub. Buna baxmayaraq onun vəziyyəti ağır olaraq qalır.
Faktla əlaqədar Gəncə şəhər Polis İdarəsindən verilən məlumatda bildirilib ki, cinayəti 1990-cı il təvəllüdlü, Gəncə şəhəri, Abbas Abbaszadə küçsəi ev 90-da yaşayan 3 uşaq anası Allahverdiyeva Sevinc Əvəz qızı törədib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB