Qazax rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə dünən axşam saatlarında rayonun Ağköynək kəndində baş verib.
Belə ki, 20 yaşlı Zülfüqar Süleymanov şəxsi münaqişə zəmnində həmkəndlisi 1990-cı il təvəllüdlü Əhməd Arıxova 3 bıçaq zərbəsi endirib. Nəticədə yaralı ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına yerəlşdirilib.
Hazırda xəstənin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB