Sabunçuda soyğunçuluq edən şəxs saxlanılıb

Sabunçuda soyğunçuluq edən şəxs saxlanılıb

Bakının Sabunçu rayonunda soyğunçuluq olub. Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, mayın 2-də saat 2 radələrində DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə müraciət edən Bakı şəhər sakini N.Vəliyev Bakıxanov qəsəbəsi ərazisində naməlum şəxsin onun avtomobilindən mobil telefonunu apardığını bildirib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən “isti izlər”lə saxlanılaraq 13-cü Polis Bölməsinə təhvil verilib.

Araşdırmalarla onun paytaxt sakini Tərlan Şirəliyev olduğu müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə