93 cinayət faktı qeydə alınıb

93 cinayət faktı qeydə alınıb

Ötən gün respublikanın daxili işlər orqanları tərəfindən 93 cinayət faktı qeydə alınıb. Onların 22-si “isti izlər”lə açılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 34 cinayətin açılması təmin olunub.

Axtarışda olduqlarına görə ümumilikdə 30 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 17 şəxs saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 4 nəfər ölüb, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə