Yanan hündürmərtəbəli bina çöküb

Yanan hündürmərtəbəli bina çöküb

San-Pauluda hündürmərtəbəli binada yanğın olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yanğınla əhatə olunan binanın konstruksiyası uçub. Təsdiqlənən məlumata görə, 1 nəfər ölüb. Lakin hadisə şahidlərinin sözlərinə görə, binanın hündür mərtəbəsində insanlar qaldığı üçün qurbanların sayı arta bilər.

Hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə