Bakıda 10 min manatlıq seyfi dağıdan yeniyetmələr tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 27-də rayon ərazisindəki evlərin birindən kəmər və 700 manat dəyərində qızıl saat oğurlamaqda, habelə dəyəri 10 000 manat olan seyfi yararsız hala salmaqda şübhəli bilinən Bakı şəhər sakinləri olan 3 yeniyetmə saxlanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB