Keçmiş polis işçisinin silsilə qətllər törətdiyi ortaya çıxdı

Keçmiş polis işçisinin silsilə qətllər törətdiyi ortaya çıxdı

Kaliforniyada keçmiş polis işçisi, 72 yaşlı Jozev Ceyms De Anjelo saxlanılıb. O, 12 cinayət, 45 təcavüz və 120 nəfərə qarşı quldurluq iddiaları ilə həbs olunub.

SİA-nın Vesti.ru-ya istinadən verdiyi xəbərə görə, hazırda onun 72 yaşı var və 1979-cu ildə polis orqanlarından qovulub. Saxlanılan zamanı o polisə qarşı heç bir müqavimət göstərməyib.

Qeyd edək ki, polislərin araşdırmalarına əsasən De Anjelo 10 il ərzində, 1976-1986-ci illərdə bir çox cinayət törədib. Sözügedən şəxsin “Qızıl ştatın silsilə qatili” ləqəbli manyak olduğu ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə