Qayınata kürəkənini güllələyib

Qayınata kürəkənini güllələyib

Gəncə şəhərində  mübahisə zəmnində qayınata kürəkənini güllələyib. Gəncə şəhər Kəpəz rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə dünən, gecə saatlarında baş verib.

Məlumata görə 1954-cü il təvəllüdlü Qurban Məmmədov adlı şəhər sakini ov tüfəngi ilə kürəkəni 1980-ci il təvəllüdlü Samir Quliyevi güllələyib. Ayaq nahiyəsindən güllə yarası alan S. Quliyev dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

30 yaşlı kürəkən Q.Məmmədovun qızı ilə 3 aya yaxındır ki, boşanıb. Lakin bundan sonra oğlan tərəfi qız evindən əl çəkmirmiş və barışmaq istəyirmiş. Dəfələrlə Qurban kişinin qapısına gəlsələr də rədd cavabı alırlarmış. Artıq səbri tükənən qayınata keçmiş kürəkənini qorxutmaq qərarına gəlib.

Bütün xəbərlər Facebook səhifəmizdə