Nəsimidə evdən 3 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

Nəsimidə evdən 3 min manatlıq qızıl oğurlayan şəxs tutuldu

Bakıda evdən 3 min manatlıq qızıl oğurlayan şəxs tutulub. DİN-dən SİA-ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də rayon ərazisindəki evlərin birindən 1800 manat və 3000 manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Şabran rayon sakini, əvvəllər məhkum olunmuş Etibar Kərimov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə