Qaraj içərisindəki maşınla birlikdə yanıb

Qaraj içərisindəki maşınla birlikdə yanıb

Sumqayıtda qaraj yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhərində avtomobil təmiri sexində ümumi sahəsi 32 m2 olan qarajın yanar konstruksiyaları və içərisində olan "VAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə