Xaçmaz rayonu ərazisində bıçaqlanma faktı qeydə alınıb. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində baş verib. Kənd sakini, 1978-ci il təvəllüdlü Mehrəliyev Alim Xalid oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, hazırda əməliyyat olunur. Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB