Neftçala sakini özünü asıb

Neftçala sakini özünü asaraq intihar edib. APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, intihar etmiş şəxs rayonun Xıllı kənd sakini1952-ci il təvəllüdlü Zülfəliyev Ələkbər Saleh oğludur. Onun asılmış meyiti evin həyətindəki yardımçı tikilidə yaxınları tərəfindən aşkarlanıb. Faktla bağlı Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə