Almaniyada baş vermiş hadisədə ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur
Almaniyanın Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
H.Hacıyev qeyd edib ki, Almaniya polisindən səfirliyimizə verilən məlumata görə, Muenster şəhərində baş vermiş hadisədə ölən və yaralananlar arasında Azərbaycan Respublikası vətəndaşı yoxdur.
Qeyd edək ki, ötən gün Almaniyanın Muenster şəhərində sürücü idarə etdiyi yük avtomobilini bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB