Türkiyədə zəlzələ
Türkiyədə 4,8 bal gücündə zəlzələ olub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Bakı vaxtı ilə 01.16-da Ankaradan 147 km şimal-qərbdə qeydə alınıb. Zəlzələ ocağı 2 km dərinlikdə qeydə alınıb. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə