Daşkəsən rayonunun Qabaqtəpə kənd sakini Səməd Bağırov yaşadığı kəndin sahə polis məntəqəsinə müraciət edərək 7.62 millimetr kalibrli, sürgülü mexanizmli “Karabin” markalı tüfəngi polis əməkdaşlarına təqdim edib. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov AZƏRTAC-ın bölgə müxbirinə məlumat verib.
Odlu silahın 1942-ci ildə Rusiya Federasiyasında istehsal olunduğunu və mərhum atası Mikayıl Bağırova aid olduğunu deyən kənd sakini bildirib ki, silahı həyətlərindəki tövlənin çardağından tapıb və dərhal polisə müraciət edib. Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır. Polis əməkdaşları tərəfindən əhali arasında mütəmadi olaraq aparılan qabaqlayıcı-profilaktiki, hüquqi maarifləndirmə tədbirləri və izahedici söhbətlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB