Ağcabədidə intihar hadisəsi olub

Ağcabədidə intihar hadisəsi olub

Ağcabədidə intihar hadisəsi qeydə alınıb. APA-nın yerli muxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx kəndində qeydə alınıb. Kənd sakini, 80 yaşlı Orucov Əvəz Allahverdi oğlu siçan dərmanı içərək intihar edib. Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Ə.Orucovun psixoloji problemi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə