Bakıda 4 otaqlı ev yanıb

Bakının Xəzər rayonunda ümumi sahəsi 110 kv.m olan evdə yanğın olub. Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, birmərtəbəli 4 otaqlı evin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 40 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə