Mühafizə polisi əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində oğurluğa cəhd edən şəxs yaxalanıb. DİN-dən SİA-ya verilən məlumata görə, aprelin 4-də “Sədərək” ticarət mərkəzində mağazaların birindən dəyəri 360 manat olan 2 ədəd “Ariston” su qızdırıcısını oğurlayaraq qaçmağa cəhd göstərən şəxs Qaradağ Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
10-cu Polis Bölməsinə təhvil verilən həmin şəxsin Sumqayıt şəhər sakini Xəyal Bağırov olduğu müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB