Kubada 68 adamın olduğu və ölkədaxili marşrut ilə hərəkət edən təyyarə qəzaya uğrayıb. SİA-nın "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, adanın şərqində yerləşən Santyaqo de-Kuba şəhərindən paytaxt Havanaya uçan təyyarə Santi Spiritus əyalətində yerə düşüb. Təyyarədə olan 68 nəfərdən 7-i heyət üzvü, 28-i isə xarici ölkə vətəndaşları olub.
Ölü və yaralı sayı, eyni zamanda qəzanın səbəbi ilə bağlı hər hansı bir məlumat verilməyib. Ancaq ilk cəsədlərin yerinin müəyyən olunduğu bildirilib.
Dövlət televiziyası iki motorlu "ATAR 72" markalı təyyarədə 9 Argentina, 7 Meksika, 3 Hollandiya, 2 Avstriya, 2 Almaniya, Fransa, İspaniya, İtaliya, Yaponiya və Venesuelanın hərəsinin isə bir vətəndaşının olduğunu xəbər verib. Televiziya təyyarənin Kuba hava yollarının ölkədaxili səfərlərini icra edən "Aerocaribbean" şirkətinə məxsus olduğunu deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB