Şəmkirdə yol qəzası 5 nəfərin həyatına son qoyub

Şəmkirdə yol qəzası 5 nəfərin həyatına son qoyub

Bu gün Şəmkir rayonunun Şiştəpə ərazisində ölümlə nəticələnən ağır yol qəzası baş verib. "VAZ 21-07" markalı avtomobillə "Mercedes" markalı avtomobil toqquşub.

Şəmkir rayon Polis Şöbəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, hadisə nəticəsində 5 nəfər dünyasını dəyişib. Onların adları hələlik məlum deyil. Avtomobildə olan 2 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə