Qaxda 28 yaşlı kişi bıçaqlanıb

Qaxda 28 yaşlı kişi bıçaqlanıb

Qaxda 28 yaşlı kişi bıçaqlanıb. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, dünən rayonun Qapıçay kənd sakini 28 yaşlı Cəfər Xulis oğlu Veysalidze sol ayağının bud və baldır nahiyəsindən kəsilmiş-deşilmiş xəsarəti ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) cərrahiyə şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı Cəfər Veysalidzenin bıçaqlanması məlum olub. Faktla bağlı Qax rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə