Xətai rayonunda yanğın olub

Bakıda yanğın hadisəsi qeydə alınıb. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, paytaxtın Xətai rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə və ev əşyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Bütün xəbərlər Facebook səhifəmizdə