Salyanda güllə yarası alan şəxsin kimliyi məlum olub

Salyanda “Şirvan” milli parkı yaxınlığında ov tüfəngindən açılan atəş nəticəsində yaralanan şəxsin kimliyi bilinib. APA-nın Mil-Muğan bürosunun verdiyi məlumata görə, bu, parkın əməkdaşı, Salyan rayon sakini 1961-ci il təvəllüdlü Xalıqov İltifat Şirəli oğludur. Onun həyatına təhlükə olmadığı bildirilir. Faktla bağlı araşdırma davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə