Tovuzda piyadanı maşın vurub

Tovuz rayonunda ağır yol qəzası baş verib. Rayon Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, Bakı-Qazax yolunun 416-cı kilometirliyində, Dönük Qırıxlı kəndində yol qəzası ölümlə nəticələnib.

Belə ki, Gəncə şəhər sakini Elnur İsmayılov idarə etdiyi "VAZ 21 099" markalı avtomobili ilə 63 yaşlı Minayə Zeynalovanı vurub. Nəticədə qadın hadisə yerində keçinib.

Artıq faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə