Ucarda avtomobil 4 yaşlı uşağı vurub

Ucarda avtomobil 4 yaşlı uşağı vurub

Ucarda avtomobil dörd yaşlı uşağı vurub. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün Ucar şəhərinin 20 yanvarküçəsində baş verib.

Barat Alı oğlu Səlimov idarə etdiyi VAZ-21012 markalı minik avtomobili ilə 2014-ci il təvəllüdlü Hüseyn Arif oğlu Əliyevi vurub. Ağır xəsarət alan uşaq Ucar Mərkəzi Rayon Xəstəxanasının Cərrahiyyə Şöbəsinə yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə