Bakıda itkin düşmüş ərəb turisti tapıldı

Bakıda itkin düşmüş ərəb turisti tapılıb. DİN-dən SİA-ya verilən məlumata görə, martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən ölkəmizə turist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə