Biləsuvarda yol-nəqliyyat hadisəsi qeydə alınıb. APA-nın cənub bürosunun məlumatına görə, nəticədə İran İslam Respublikasının vətəndaşı xəsarət alıb. Rayonun Xırmandalı kəndidə "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb. Nəticədə 1986-cı il təvəllüdlü İsmayıl Abdi xəsarət alıb. O, Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə