Hacıqabul rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, oktyabrın 30-da saat 19:30 radələrində rayonun Pirsaat kəndi ərazisində Bakı şəhər sakini Aqil Kərimov və həmyerlisi Xalid Əhmədovun idarə etdiyi 2 "KamAZ" markalı avtomaşın toqquşub.
Nəticədə xəsarət almış X.Əhmədov hadisə yerində ölüb, sərnişinləri - Fazilə Əhmədova, Barat Fərmanov, habelə A.Kərimov xəstəxanaya yerləşdiriliblər. F.Əhmədovanın və B.Fərmanovun vəziyyətləri orta-ağırdır, A.Kərimova isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB